DəmirBank 6 avqust 2014-cü il tarixində Zaqatala filialının ofisində Bankın 25 illik yubileyi ilə əlaqədar “Açıq qapılar” tədbiri keçirib. | Banco.az

DəmirBank 6 avqust 2014-cü il tarixində Zaqatala filialının ofisində Bankın 25 illik yubileyi ilə əlaqədar “Açıq qapılar” tədbiri keçirib.

Avqustun 6-da  “DəmirBank”-ın Zaqatala filialının ofisində “Açıq qapılar” günü keçirilib. Tədbirdə bankın işçiləri və müştəriləri, eləcədə şəhər ictimaiyyətinin nümayəndələri iştirak etib.

Tədbirdə “DəmirBank”-ın 25 illik yubileyi ilə əlaqədar bank tərəfindən istehlak kreditləri üzrə illik faiz dərəcəsində 10% endirim və pulsuz olaraq “DəmirTaksit” kartı təqdim edilməsi ilə əlaqədar məlumat verilib, bank müştərilərinə qiymətli hədiyyələr təqdim edilib.

“DəmirBank”-ın Zaqatala filialı əhaliyə və sahibkarlara müxtəlif kreditlər, depozitlər, plastik kartlar, pul köçürmələri və digər Bank xidmətləri göstərir. Heydər Əliyev prospekti 163 ünvanında yerləşən Zaqatala filialı müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün zəruri imkanlara malikdir. Bank filiallarına gələn müştərilər olduqca sərfəli şərtlər ilə bank xidmətlərindən bəhrələnə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “DəmirBank” fəaliyyət göstərdiyi 25 il ərzində bir çox nailiyyətlər əldə edib və ölkədə aparıcı banklardan birinə çevrilib. Bankın səhmdarları sırasında beynəlxalq maliyyə təşkilatlarının olması, Bankın yüksək reytinqləri, geniş çeşiddə bank xidmətləri, 33 filialdan ibarət xidmət şəbəkəsi və on minlərlə müştəriləri bu nailiyyətlərin göstəricisidir.

 

            

 

Ən sərfəli krediti almaq üçün müraciət et