Çempionatın qalibləri məlum oldu | Banco.az

Çempionatın qalibləri məlum oldu

Unibank-ın  ALBALI PLUS  Kuboku uğrunda  Futbol Çempionatı  başa çatıb.Final oyunlarının keçirilməsi və qaliblərin mükafatlandırılması tədbirində  ALBALI PLUS (ALBALI) kartının  partnyorları ilə yanaşı, bankın müştəriləri də iştirak edib. Şəhidlərin xatirəsinin  yad edilməsi ilə başlayan tədbirdə, müğənni Elnarənin ifa etdiyi vətənpərvərlik  mahnıları,  çempionluq uğrunda yarışanları qələbəyə daha da ruhlandırıb.

Tədbirə qatılanlar əvvəlcə 3-cü yer uğrunda Unibank-ın “Ahmedli branch” komandası ilə “Sinteks” şirkətinin komandasının oyununu  izləyiblər. Oyunun nəticələrinə əsasən, ALBALI PLUS  Kuboku uğrunda  Futbol Çempionatında 3-cü yeri  “Sinteks”  komandası  tutub.

Çempionatın ən gərgin və həyəcanlı oyunu isə 1-ci yer uğrunda yarış olub. Mərkəzi Bankın komandası ilə Unibankın “Bankers” komandası  həyəcanlı azarkeş dəstəyi ilə gərgin və peşəkar oyun nümayiş etdiriblər. Nəticələrə əsasən, “Bankers” komandası  çempionatın əsas kubokunu qazanıb. Ikinci yeri Mərkəzi Bankın komandası, 3-cü yeri isə “Sinteks”  tutub. Peşəkar hakimlər tərəfindən və olimpiya sistemi  ilə keçirilən futbol çempionatının  “ən yaxşı qapıçısı”, “ən çox qol vurmuş oyunçu” və  “final qarşılaşmasının ən yaxşı oyunçusu” da  müəyyən edilərək, mükafatlandırıldı. İlk 3 yeri tutan komandalara pul mükafatı ilə yanaşı, kubok və medallar təqdim olunub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ALBALI PLUS Kuboku uğrunda  Futbol Çempionatında  Unibank əməkdaşlarından ibarət komandalarla yanaşı,  Mərkəzi Bankın və 10-dan artıq şirkətin - Milli kart, Sinteks, Koton, Araz Marketləri, Favorit Market,  İntegral, World Telecom,  BOA, ABC Telecom (Kontakt) və  Flexi Kredit komandası iştirak edib.

    

Ən sərfəli krediti almaq üçün müraciət et