CDB Bankdan yaralı döyüşçülərimizə dəstək | Banco.az

CDB Bankdan yaralı döyüşçülərimizə dəstək

CDB Bank ailəsinin üzvləri ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin müalicəsinə yardım məqsədilə qanvermə aksiyası keçiriblər. Əməkdaşların könüllü olaraq qatıldığı aksiya bankın Bakı şəhər, Azadlıq pr 124 ünvanında yerləşən baş ofisində baş tutub.

Aksiyanın məqsədi qana ehtiyacı olan əsgərlərimizə həyat bəxş etmək idi.  Qeyd edək ki, Mərkəzi Qan Bankının həkimlərinin nəzarəti altında aksiyada iştirak edənlər əvvəlcə müayinədən keçib, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib.

CDB Bankailəsinin üzvləri döyüşlərdə şəhid olmuş bütün hərbçilərimizin yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralı döyüşçülərimizin tezliklə öz sağlamlıqlarına qovuşmasını arzulayır.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et