CDB Bank media nümayəndələrini təbrik edir! | Banco.az

CDB Bank media nümayəndələrini təbrik edir!

Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 141 il ötür. 

1875-ci ilin məhz bu günü Azərbaycan mətbuatının banisi Həsənbəy Zərdabinin "Əkinçi" qəzetinin ilk nömrəsi çapdan çıxıb. "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb. Ötən müddət ərzində Azərbaycan mətbuatı uzun, keşməkeşli, şərəfli bir tarix yaşayıb, ağır sınaqlardan üzü ağ çıxıb, zəngin inkişaf yolu keçib. Xalqımızın görkəmli ziyalıları, yazıçıları, mütəfəkkirləri milli şüurun, mənəviyyatın və mədəniyyətin formalaşmasına və inkişafına məhz mətbuat vasitəsi ilə güclü təkan veriblər. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir və minlərlə jurnalist hər gün ölkə icitimaiyyətinin rifahı naminə yorulmadan çalışır.

Ən sərfəli kredit üçün müraciət et

Onların bankların xidmət və yenilikləri barədə məlumatlarını da ictimaiyyətin nəzərinə çatdırılmasında xidmətləri əvəzsizdir. “Caspian Development Bank (CDB)” ASC  yarandığı gündən mediya ilə sıx əməkdaşlıq edib. Bankımız haqda dolğun məlumatın əhaliyə çatdırılması və müştərilərin maliyyə savadlılığının artırılması məqsədi ilə gələcəkdə də bu əməkdaşlıq davam etdiriləcək.

Dəyərli media nümayəndələri! “Caspian Development Bank (CDB)” ASC 22 iyul Milli Mətbuat Günü münasibəti ilə Sizləri təbrik edir, hər birinizə şəxsi və peşəkar həyatınızda uğurlar diləyir!

Ən sərfəli krediti almaq üçün müraciət et