Bu gün Bank VTB Azərbaycan bazara növbəti yeni kredit məhsulunu daxil edib | Banco.az

Bu gün Bank VTB Azərbaycan bazara növbəti yeni kredit məhsulunu daxil edib

Bu yeni məhsul – hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulmuş bank təminatı ilə kreditdir. Bu barədə saytımıza daxil olan məlumatda bilidirilir. 
Müvafiq məhsul üzrə girov tələb olunmur.
Onu da qeyd edək ki, kreditin müddəti, faiz dərəcəsi və komissiyası bank tərəfindən fərdi yanaşma prinsipi əsasında hər bir müştəri üçün ayrıca müəyyən edilir. 
Xatırladaq ki, bank təminatı ilə kredit – kredit təşkilatı tərəfindən verilmiş təminat əsasında borcalanlar üçün pul vəsaitlərinin əldə edilməsi üsuludur.  
Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin üzvü Zaur Rəsulov: “Bu məhsul korporativ müştərilərə bank təminatı əsasında vəsait cəlb edərək daşınmaz əmlak almaqda, istehsalat fəaliyyəti ilə məşğul olmaqda, həmçinin ticarətin maliyyələşməsində geniş imkanlar yaradır. Müvafiq məhsuldan Azərbaycan qanunvericiliyi çərçivəsində əcnəbi şirkətlər də istifadə edə bilərlər. Beləliklə, yeni məhsul yerli bazarda fəaliyyətə başlayan əcnəbi şirkətlər üçün uğurlu “start-up”  olmaqla, ölkə iqtisadiyyatına investisiyaların cəlb olunmasına xidmət edəcəkdir”.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et