“Bolkart xəyalları gerçəkləşdirdi!” | Banco.az

“Bolkart xəyalları gerçəkləşdirdi!”

Daima müxtəlif müsabiqələr, aksiyalar keçirərək müştərilərin rəğbətini qazanan “Bank of Baku” daha bir müsabiqənin qaliblərini mükafatlandırdı.

“Arımız möcüzələr diyarında!” adlanan müsabiqə Bolkartın Facebook səhifəsində iyul ayının sonunda elan edilmişdi. Müsabiqənin şərtlərinə əsasən 7-14 yaşlı uşaqlar Bolkartın personajı olan arını möcüzələr diyarında əks etməli idi.  2 həftə ərzində daxil olmuş bütün şəkillər Facebook səhifəmizdə paylaşıldı və 1 həftə ərzində səsvermə başladı. Səsvermədə 21 rəsm iştirak edirdi. Bankın münsiflər heyətinə çox çətin olsa da, Bolkart izləyicilərinin bəyənməsi, rəyləri və paylaşması nəzərə alınmaqla 1-ci yerin sahibi müəyyənləşdirildi.

Balacaların rəsmə olan marağını stimullaşdırmaq üçün Bank of Baku yalnız 1-ci yeri deyil, bütün balacaları mükafatlandırdı.

21 Avqust tarixində keçirilən tədbirdə ilk yerin sahibi İPAD, digər bütün iştirakçılar müxtəlif hədiyyələrlə mükafatlandırıldılar. Tədbir uşaqların bir-birindən maraqlı rəsmləri, xatirələri, sevincləri ilə möcüzələr diyarına çevrilmişdi.

Ən sərfəli kredit üçün müraciət et

1-ci yerin sahibi Nadirova Nərmin rəsmini izah edərkən bildirir ki: “Mən rəsmimdə Arının insanlara dəstəyini vurğulamağa çalışdım. Arı zəhmətsevərdir. O, möcüzələr diyarında yaşayır. İnsanların istəklərini bilir və xəyallarını gerçəkləşdirmək üçün onlara Bolkart paylayır. Mənim arzum İPAD almaq idi. Bu gün Bolkart arzumu gerçəkləşdi”

 “Bank of Baku” bundan sonra da sosial şəbəkələrdə müxtəlif müsabiqələr, aksiyalar keçirərək müştərilərini sevindirməyə davam edəcək.

www.bankofbaku.com

Facebook.com/bankofbaku

Facebook.com/bolkart

Ən sərfəli krediti almaq üçün müraciət et