Bankların İnsan Resursları departamentlərinin rəhbərləri görüşüb | Banco.az

Bankların İnsan Resursları departamentlərinin rəhbərləri görüşüb

13 iyun 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv olan bankların İnsan Resursları departamentlərinin rəhbərləri və “HayGroup” şirkətinin nümayəndələri arasında əməkhaqqı sorğusu ilə bağlı növbəti görüş keçirilib.

Görüşdə sorğunun tərkibi ilə bağlı “HayGroup” şirkətinin verdiyi təklif ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, sorğunun keçirilməsi ilə bağlı qərar ABA-nın Rəyasət Heyətinin son iclasında verilmişdi.

Ən sərfəli kredit üçün müraciət et

“HayGroup” strategiyaları həqiqətə çevirən liderlərlə işləyən qlobal məsləhət firmasıdır. Şirkətin əsas məqsədi insanların daha effektiv olmaları və daha yaxşı performans göstərmələridir. Şirkətin 50 ölkədə 88 ofisi var ki, burada 3100 işçi fəaliyyət göstərir. “HayGroup” dünyanın 114 ölkəsindən etibarlı məlumatlar ala bilir.

Mənbə: Bbn.az

Ən sərfəli krediti almaq üçün müraciət et