Bank VTB (Azərbaycan) rubl kartları təklif edir | Banco.az

Bank VTB (Azərbaycan) rubl kartları təklif edir

BankVTB (Azərbaycan) müştəriləri üçünəlavə komissiya ödəmədən Rusiyada istifadə üçün nəzərdə tutulan rubldebetkartları təklifedir.Rubl kart məhsulu Rusiyaya mütəmadi işgüzar və turist səfərləri edənlərin və ya bu ölkədə təhsil alan tələbələrin tələbatı nəzərə alınmaqla işlənib hazırlanıb.

Tələblərinə uyğun olaraq müştərilər Visa Electron, Visa Classic, Visa Gold vəVisa Platinum rubl kartı əldə edə bilər. Kartlar üzrə minimal müddət 12 ay, maksimal müddət isə 36 ay təşkil edir. Sadalanan bütün kartlarla bankomatlardan pul çıxarmaq, POS-terminal və internet vasitəsilə istənilən ödəmələr etmək mümkün olacaq. Bu əməliyyatlar Rusiyada həyata keçirildikdə rubl kartındakı vəsaitdən valyuta konvertasiyasına görə əlavə komissiya silinməyəcək.  

Bundan başqa Bank VTB (Azərbaycan)-ın müştəriləri VTB qrupun güzəşt şəbəkəsinin üstünlüklərindən də yararlana biləcək. Belə ki, VTB (Azərbaycan)-ın rubl kartlarından Rusiyanın VTB24, Bank Moskvı və Leto Bank kimi geniş filial şəbəkəsinə malik bankların bankomat və POS-terminalında istifadə edərkən əməliyyatlar üzrə beynəlxalq tariflərlə deyil, bankdaxili tariflərlə xidmət göstəriləcək.

Ən sərfəli kredit üçün müraciət et

 “Həyatı və fəaliyyəti Rusiya ilə sıx əlaqəli olan müştərilərə uyğun məhsul və xidmətlərin hazırlanıb təklif olunması bankımızın strateji inkişaf istiqamətlərindən biridir. VTB (Azərbaycan) bütün dünyada geniş şəbəkəyə malik olan VTB qrupun üzvüdür. Bunun sayəsində bankımız müxtəlif ölkələrdə fərqli valyutalarla əməliyyatlar həyata keçirən əhali və iş adamları üçün nəzərdə tutulmuş sərfəli məhsul və xidmətlər təklif edə bilər”, - deyə Bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib. 

Ən sərfəli krediti almaq üçün müraciət et