Bank VTB (Azərbaycan) ödəniş kartlarının 3D Secure xidmətinə icbari qoşulması şərtini tətbiq edir | Banco.az

Bank VTB (Azərbaycan) ödəniş kartlarının 3D Secure xidmətinə icbari qoşulması şərtini tətbiq edir

Bank VTB (Azərbaycan) ödəniş kartlarının 3D Secure (VerifiedbyVisa) xidmətinə icbari qoşulması şərtini tətbiq edir.3D Securetexnologiyası kredit və debet kartları ilə onlayn ödəniş zamanı əlavə təhlükəsizlik səviyyəsi kimi istifadə olunur. Belə ki, bu xidmət vasitəsi ilə müştərilər üçüncü şəxslər tərəfindən öz kartlarının icazəsiz istifadəsindən qorunmuş olacaq.

3D Secure xidməti bank VTB (Azərbaycan) tərəfindən hələ 2015-ci ildə tətbiq olunub.

Lakin bir çox kart sahibi bu zamana qədər xidmətin üstünlüklərindənyararlanmayıb.

Bank, müştəri kartları ilə qeyri-qanuni əməliyyatların riskini minimallaşdırmaq məqsədi ilə 1 mart 2016-cı il tarixindən ödənişkartlarının 3D Secure xidmətinəqoşulmasını icbari şərt kimi tətbiq edir.

Özünü dələduzluqdan qorumaq və 3D Secure (VerifiedbyVisa) texnologiyasından istifadə etmək üçün müştərilər öz kartlarını qeyd olunan https://acs.3dsecure.az/way4acs/enrolllinkikeçərək prosesinq şirkətinin www.azericard.com saytında qeydiyyatdan keçirməlidir.

Ən sərfəli kredit üçün müraciət et

Bundan sonra müştərilər SMS vasitəsi ilə (SMS-xəbərdarlıq xidmətinə qoşulduqda) birdəfəlik parol əldə edəcək. Müştəri SMS-xəbərdarlıq xidmətinə qoşulmadığı halda,3D Secure birdəfəlik parol əvvəlcədən bank VTB  (Azərbaycan)-ın bankomatından alınmalıdır.

Qeyd edək ki, 3D Secure xidməti tamamilə pulsuzdur. Əlavə suallar yarandığı halda müştərilər VTB (Azərbaycan)-ın istənilən filialına müraciət edə və ya 986 qısa nömrəli  Çağrı mərkəzi vasitəsi ilə əlaqə saxlaya bilər.

Kartlarını bu sistemə qoşmayan müştərilər onlayn ödənişlər həyata keçirə bilməyəcək. Məhdudiyyətlər digər kart əməliyyatlarına aid olunmur. 

Ən sərfəli krediti almaq üçün müraciət et