Bank VTB (Azərbaycan)-ın dəstəyi ilə 11 saylı internat-məktəbin şagirdləri teatrda olub | Banco.az

Bank VTB (Azərbaycan)-ın dəstəyi ilə 11 saylı internat-məktəbin şagirdləri teatrda olub

Bank VTB (Azərbaycan)-ın dəstəyi ilə 11 saylı internat-məktəbinin şagirdləri Rus dram teatrına səfər edib. Müxtəlif yaş kateqoriyasında olan uşaqlar rus nağılları əsasında “Nağılın qonağı” adlı əyləncəli tamaşanı izləyib.

Uşaqlar tamaşadan zövq alıb, sonda isə artistlərə gül dəstəsi verib və onlarla şəkil çəkdiriblər.

Bank VTB (Azərbaycan) Rus dram teatrı ilə 2015-ci ildə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində bank, gələcəkdə də həssas əhali qruplarının teatrı ziyarət etməsi üçün şərait yaradacaq. Bununla bank uşaq evlərindən, internatlardan və imkansız ailələrdən olan uşaqlara teatr tamaşalarını izləmək imkanı yaradır.  

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et