“Bank Technique”in müştərilərin sayı artmaqdadır | Banco.az

“Bank Technique”in müştərilərin sayı artmaqdadır

“Bank Technique” ASC-nin müştərilərin sayı 2015-ci il ərzində artaraq, 105 minə yaxınlaşıb. Bankda bildirirlər ki, ilin əvvəli ilə müqayisədə bu göstərici təxminən 4% artaraq 1 may tarixinə 104, 580 şəxs olub.

Artım həm fiziki, həm hüquqi şəxslər arasında qeydə alınıb. Hazırda fiziki şəxs olan müştərilərin sayı 97 000-i üstələyir, hüquqi şəxslərin sayı isə 7 500-ə yaxınlaşır.

Ən sərfəli kredit üçün müraciət et

İqtisadi proseslərə baxmayaraq, müştəri bazasının artımı bank tərəfindən müsbət dəyərləndirilir və maliyyə təsisatına etimadı əks etdirir. Bankda həmçinin qeyd edirlər ki, bu göstəricinin artımına innovativ Məsafəli bankçılıq xidmətlərinin istifadəyə verilməsi, həmçinin əmanət faizlərinin yüksəldirilməsi qərarı öz təsirini göstərmişdir.

Ən sərfəli krediti almaq üçün müraciət et