“Bank Technique”in əməkdaşı Azərbaycan bayrağını Sofiyada yüksəldib | Banco.az

“Bank Technique”in əməkdaşı Azərbaycan bayrağını Sofiyada yüksəldib

4-6 oktyabr tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində Kyokuşin karate növü üzrə birinci dünya çempionatı keçirilib. 45 ölkənin 264 idmançısının iştirak etdiyi yarışda Azərbaycanı layiqincə “Bank Technique”in əməkdaşı Mehrac Gülməmmədov təmsil edib. İdmançımız 80 kiloqram çəki dərəcəsində 3-cü yerə yüksələrək, Azərbaycana dünya çempionatının bürünc medalını qazandırıb və Azərbaycan bayrağını Sofiyada dalğalandırıb.

Ən sərfəli kredit üçün müraciət et

Kyokuşin yaponiyalı Masutatsu Oyama tərəfindən qurulan tam təmaslı karate stilidir. 1996-cı ildə ölkəmizdə Kyokuşin karate növü üzrə ilk klub rəsmi olaraq fəaliyyətə başlayıb, iki il sonra isə Azərbaycan Kyokuşin Karate Federasiyası Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Hazırda ölkəmizin şəhər və rayonlarında bir neçə min idmançı karatenin bu növü ilə məşğul olur.

Ən sərfəli krediti almaq üçün müraciət et