“Bank Technique” və MasterCard® ilə İstanbulda “həm ziyarət, həm ticarət”! | Banco.az

“Bank Technique” və MasterCard® ilə İstanbulda “həm ziyarət, həm ticarət”!

“Bank Technique” ASC beynəlxalq ödəniş sistemi MasterCard® ilə Türkiyənin İstanbul şəhərində alış-veriş həvəskarları üçün inanılmaz fürsətlər təklif edirlər. Belə ki, bu ayın sonuna kimi, Bankımızdan MasterCard® kartlarını alan istənilən müştərimiz, həmin müddət ərzində, İstanbul şəhərindəki “İstinye Park” Alış-veriş Mərkəzində və dəbdəbəli Nişantaşı rayonunun Abdi İpekçi prospektindəki butiklərdə alış-veriş edərkən, unikal endirimlərdən faydalana biləcəklər. “İstinye Park” Alış-veriş Mərkəzindəki Bottega Veneta, Brunello Cucinelli, Dolce&Gabbana, Etro, Marc by Marc Jacobs, Moschino butiklərində, “Beymen” multi-brendli mağazalar şəbəkəsində adıçəkilən brendlərlə yanaşı, Armani Collezioni, Jimmy Choo, Balenciaga, Tod’s, Canali, Celine, Elie Saab, Christian Louboutin, Corneliani, Fendi, Ralph Lauren, DSQuaerd2, Kiton, Prada, Saint Laurent, Miu Miu, Michael Kors, Lanvin, Stella McCartney, Tory Burch, Dior, Emilio Pucci, Valentino, eləcə də Abdi İpekçi prospektindəki Tod’s butikində ƏDV-dən azad (Tax free), eləcə də 15% endirimli şoppinq fürsətini qaçırmamaq üçün “Bank Technique”in Maestro, MasterCard® Standard, MasterCard® Gold, MasterCard® Platinum və ya MasterCard® Diamond kartlarından birini almaq kifayətdir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Bank Technique”dən MasterCard® brendli Maestro kartını 1 illik - 8 AZN (2 illik – 15 AZN, 3 illik – 21 AZN), MasterCard® Standard kartını 1 illik – 15 AZN (2 illik – 27 AZN, 3 illik – 39 AZN), MasterCard® Gold kartını 1 illik – 30 AZN (2 illik – 55 AZN, 3 illik – 75 AZN), MasterCard® Platinum kartını 1 illik – 70 AZN (2 illik – 125 AZN, 3 illik – 170 AZN), MasterCard® Diamond kartını isə 1 illik – 100 AZN-ə (2 illik – 180 AZN, 3 illik – 250 AZN) əldə edə bilərlər.  MasterCard® Platinum və MasterCard® Diamond kartlarından istənilən birini alan müştərimizə isə hədiyyə olaraq, həm də “Priority Pass” kartı hədiyyə olunur.

Məlumat üçün bildirək ki, “Priority Pass” kartı – dünyanın bir çox aeroportlarındakı VİP-zallara buraxılış kartıdır. Aviabiletin sinfindən, səyahət nöqtəsindən, aviaşirkətlərin klublarına üzvlükdən asılı olmayaraq, “Priority Pass” Proqramında iştirak edənlər VİP-zalların üstünlüklərindən istifadə edə, əlavə olaraq, qonaqlarını və ya biznes tərəfdaşlarını da dəvət edə bilərlər. Daha ətraflı məlumatı www.banktechnique.az saytından oxuya bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et