Bank Technique İnternet Bankçılıq xidmətinin yeni versiyası istifadəyə verdi | Banco.az

Bank Technique İnternet Bankçılıq xidmətinin yeni versiyası istifadəyə verdi

“Bank Technique” müştərilərinin ixtiyarında olan İnternet Bankçılıq xidməti daha təkmil və müasir oldu.

İnternet Bankçılıq xidmətinin yeni interfeysi və daha rahat iş sxemi hesablarınızın idarə olunmasını sadələşdirdi.

Menyuda göstərilmiş xidmətlər siyahısına Şablon və Rekurent ödənişləri əlavə edildi.

Ödəməni təsdiqləmək üçün birdəfəlik parollardan istifadə etmək olar. Birdəfəlik parolları SMS, MobilBank və ya bankomatlar vasitəsilə ilə əldə etmək mümkündür. 
Həmçinin, qeydiyyat üsulu da asanlaşdırıldı. Artıq “Bank Technique”in SMS Notifications xidmətinə qoşulan müştərilər bankomatdan əldə olunan birdəfəlik parol siyahısından istifadə etmədən sistemdə qeydiyyatdan keçə bilər. Bunun üçün https://www.hbservice.com/ internet səhifəsində “Register by card number” bölməsini seçmək və plastik kart nömrəsini daxil etmək lazımdır. Bundan sonra mobil telefonunuza SMS vasitəsilə birdəfəlik parol göndəriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, müştərilər üçün kart üzrə aparılan əməliyyatları (İnternet Bankçılıq sistemində aparılan əməliyyatlar və hesab üzrə ümumi çıxarışlar) rahat formatda izləmə imkanı yaradılıb.

Xatırladaq ki, “İnternet Bankçılıq” xidməti vasitəsi ilə Siz kommunal xidmətləri, mobil rabitə, internet və kabel televiziyası üzrə abunə haqqlarını, sığorta haqqlarını ödəyə, bank hesabınızın balansını yoxlaya və əməliyyatlar üzrə çıxarışlar əldə edə, “KartTransfer” xidmətindən yararlana bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et