"Bank Technique" beynəlxalq IAIR Awards mükafatına layiq görülüb | Banco.az

"Bank Technique" beynəlxalq IAIR Awards mükafatına layiq görülüb

“Bank Technique” ASC, ardıcıl olaraq, ikinci dəfədir ki, «Excellence in Banking / Azerbaijan» (Bankçılıqda mükəmməllik / Azərbaycan) nominasiyası üzrə ən yaxşı maliyyə institutu adına layiq görülüb. Qeyd edək ki, mükafat İtaliyanın nüfuzlu «IAIR» iqtisadi-maliyyə jurnalı tərəfindən təsis edilib.

Milan şəhərində təşkil edilmiş mükafatlandırılma mərasimində dünya üzrə 50-dən çox şirkət nümayəndəsi iştirak edib. Tədbirdə çıxış edən «Bank Technique»in Baş direktoru Kamran Axundov Banka verilmiş yüksək qiymətə görə jurnal rəhbərliyinə minnətdarlığını bildirib.

“Ardıcıl olaraq, ikinci il “Bank Technique”in Azərbaycanda ən yaxşı maliyyə institutu seçilməsi özü-özlüyündə davamlı inkişafı təcəssüm etdirir. Qabaqcıl bank xidmətlərinin göstərilməsi ilə əks olunan üstünlüyümüz gələcəkdə də davam etdiriləcək”, - deyə Kamran Axundov əlavə edib. 

Ən sərfəli kredit üçün müraciət et

Beynəlxalq IAIR mükafatı dünyada mötəbər mükafatlardan hesab edilir. Ayrı-ayrı illərdə mükafat “Deutsche Bank”, “HSBC”, “JP Morgan Chase” kimi iri bank qruplarına təqdim edilib. 2014-cü il üzrə MDB məkanında mükafat yalnız Azərbaycan bank təmsilçisi – “Bank Technique”ə verilib.

Qeyd edək ki, ümumilikdə son iki il ərzində “Bank Technique” müxtəlif nominasiyalar üzrə sayca 4-ü beynəlxalq mükafata layiq görülüb.

Ən sərfəli krediti almaq üçün müraciət et