“Bank Technique” ASC “Onlayn depozit” və onlayn “Hesabdan hesaba köçürmə” xidmətləri istifadəyə verildi! | Banco.az

“Bank Technique” ASC “Onlayn depozit” və onlayn “Hesabdan hesaba köçürmə” xidmətləri istifadəyə verildi!

“Bank Technique” ASC müştərilərinə bir-birindən fərqli və innovativ xidmətlər təklif etməkdə davam edir. Artıq Siz də “Bank Technique”in “Şəxsi Kabinet” funksiyası vasitəsilə onlayn depozit yerləşdirə və ya Bankımızdakı bir hesabınızdan digərinə vəsaitlərinizi köçürə bilərsiniz. Belə ki, bunun üçün online.banktechnique.az saytındakı “Şəxsi Kabinet” funksiyasına daxil olub, qeydiyyatdan keçməyiniz və Bankımızda hesaba malik olmağınız yetərlidir.

“Şəxsi Kabinet”də onlayn depozit yerləşdirmək üçün “Onlayn depozit” bölməsinə daxil olub, buradakı bütün xanaları doldurmaq lazımdır. Qeyd edək ki, depozitin yerləşdirilməsi sifarişi Bank tərəfindən yalnız müştəri hesablarında depozitə yerləşdiriləcək məbləğin kifayət qədər olduğu halda icra edilir. Vəsaitlər kifayət etmədiyi təqdirdə, qeyd olunan hesaba kart vasitəsilə “Hesaba onlayn mədaxil” xidmətindən və ya digər vasitələrdən istifadə edərək lazımi məbləği köçürmək olar.

Müştəriyə Bank tərəfindən yerləşdirdiyi depozit müqabilində, onun məbləğinə mütənasib olaraq, plastik kart və səyahət sığortası hədiyyə olaraq təqdim oluna bilər. Müştəri hazırlanmış plastik kart və səyahət sığortasını Bankdan və ya Bakı, eləcə də Sumqayıt şəhərləri daxilində ünvana çatdırılmaqla da əldə edə bilər.

Ən sərfəli kredit üçün müraciət et

“Şəxsi Kabinet” funksiyasının daha bir yeniliyi isə onlayn “Hesabdan hesaba köçürmə” xidmətinin istifadəyə verilməsidir. Bu xidmət vasitəsilə müştəri Bankda xidmət olunan ona məxsus və “Şəxsi Kabinet” funksiyası üzrə əlavə edilmiş hesabları arasında köçürmə əməliyyatlarını apara bilər. Köçürmə əməliyyatı müştərinin yalnız cari hesabları arasında və ya cari hesabından kart hesabına aparıla bilər. Bu növ əməliyyatın aparılması üçün 

müştəri “Şəxsi Kabinet” funksiyasındakı “Hesabdan hesaba köçürmə” bölməsini seçərək, burada qeyd olunan bütün xanaları doldurmalıdır.

Qeyd edək ki, müştəri bu xidmətdən istifadə etdiyi zaman, köçürmə əməliyyatında qeyd olunmuş hesabların valyutası müxtəlif olduğu halda, vəsaitlərin mübadiləsi Bankda həmin günə təsdiq olunmuş məzənnələrə əsasən və 0,3% komisyon haqqı tutulmaqla aparılacaq.

“Bank Technique” ASC “Şəxsi Kabinet” vasitəsilə göstərilən xidmət çeşidini daima artıraraq, Sizin maliyyə agentinizə çevrilmək istiqamətində atdığı addımları davam etdirəcək

Ən sərfəli krediti almaq üçün müraciət et