“Bank Technique” 8 notariat kontorunda öz şöbələrini açıb | Banco.az

“Bank Technique” 8 notariat kontorunda öz şöbələrini açıb

Notariat əməliyyatlarının icrası və alqı-satqı əməliyyatlarının sürətləndirilməsi məqsədilə, Bakı şəhərində yerləşən daha 8 notariat kontorları nəzdində “Bank Technique” ASC-nin yeni şöbələri fəaliyyətə başlayıb.

Yeni şöbələr 26 saylı (Binəqədi rayonu, Aydınbəyov küç., 106), 9 saylı (Nərimanov rayonu, H.Əliyev pr., 72), 54 saylı (Nəsimi rayonu, Xan Şuşinski küç., 12), 37 saylı (Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A/B massivi 117a), 23 saylı (Nizami rayonu, Bəhruz Nuriyev küç., 29), 32 saylı (Binəqədi rayonu, 9a mkr., Mir Cəlal küç., 31), 22 saylı (Nəsimi rayonu, Cavadxan küç., 40), 46 saylı (Səbail rayonu, Z.Əliyeva küç., 23) notariat kontorları nəzdində fəaliyyət göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Azərbaycanda yeganə olaraq, “Bank Technique”in elektron kioskları vasitəsilə, Bakı şəhəri üzrə notariat kontorları və onların nəzdində fəaliyyət göstərən Bankın şöbələrində, notariat rüsumlarını, vaxt itkisinə məruz qalmadan, rahatlıqla ödəmək mümkündür. Bank gələcəkdə regionlarda yerləşən notariat kontorlarında da bu təcrübəsini tətbiq etmək niyyətindədir. Xidmət nöqtələrinin yerləşməsini Bankın saytındakı xəritədən daha rahat izləmək olar.

Qeyd edək ki, yeni xidmət nöqtələrinin açılması ilə “Bank Technique”in şöbələrinin sayı 22-yə çatdırılıb. Ümumilikdə, Bankın xidmət şəbəkəsi 32 filial və 22 şöbəni əhatə edir.

 

Ən sərfəli krediti almaq üçün müraciət et