Bank of Baku reytinqini qoruyub saxlayır! | Banco.az

Bank of Baku reytinqini qoruyub saxlayır!

Devalvasiyadan sonra ölkəmizin  bir sıra maliyyə təsisatlarına verilən reytinqlərdə dəyişiklik olsa da Bank of Baku növbəti qiymətləndirmə zamanı da öz reytinqini qoruyub saxlaya bilmişdir. Bankın Moody’s beynəlxalq reytinq agentliyi tərəfindən ən son dərc edilmiş reytinqi B1 səviyyəsində təyin edilmişdir. Reytinqin saxlanılmasına əsas səbəblər yüksək xalis faiz gəlirliliyi (ehtiyatlardan əvvəl), yüksək likvidlik, xərclərə nəzarət mexanizmlərinin mövcudluğu, problemli kreditlərin qarşılığında yaradılmış adekvat ehtiyatlar və güclü kapitalın olmasıdır.

Belə ki, 2015-ci ilin ilk 6 ayının maliyyə hesabatlarına əsasən Bankın əsas maliyyə göstəriciləri aşağıdakı kimi olmuşdur:

 

Göstərici

Mərkəzi Bankın tələbi

Məcmu kapitalın adekvatlığı əmsalı

17.29 %

12.00 %

Məcmu kapital

107 460 570 AZN

50 000 000 AZN

Ayrılmış ehtiyatların

problemli kreditlərə nisbəti

132.7 %

-

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda, cari ilin əvvəlində manatın devalvasiyası və neftin qiymətinin kəskin düşməsi ilə bağlı valyutada kredit götürən müştərilərin ödəniş qabiliyyətində pisləşmə ehtimalını, bunun aktivlərin keyfiyyətinə və Bankın gələcəkdəki gəlirliliyinə təsirini nəzərə alaraq reytinq agentliyi Bankın reytinq proqnozunu stabildən neqativə çevirib. Nəticədə son dərc olunmuş hesabata əsasən Bankın reytinqi B1 neqativ olaraq təsdiq olunmuşdur.

Ən sərfəli krediti almaq üçün müraciət et