“Bank of Baku”-nun yeni uğuru: VISA beynəlxalq ödəniş sistemindən mükafat! | Banco.az

“Bank of Baku”-nun yeni uğuru: VISA beynəlxalq ödəniş sistemindən mükafat!

VISA beynəlxalq ödəniş sistemi “Bank of Baku”-nu VISA kartlarının ekvayrinq (kartların qəbul edilməsi) həcmini ən sürətlə artıran bank nominasiyasında Azərbaycanın maliyyə sektorunun ən yaxşı bankı elan edib.

Bununla əlaqədar “Bank of Baku”-ya xüsusi sertifikat təqdim edilib. “Bank of Baku”  “Kartların qəbul etmə həcminin sürətli artımına görə” (For the fastest growth of acquiring volume) sertifikatı ilə təltif edilib.

Mükafatın “Bank of Baku” tərəfindən əldə edilməsində son dövrlərdə xüsusilə Bolkart layihəsi əsasında banka aid POS-terminal şəbəkəsinin sürətlə genişləndirilməsinin, eyni zamanda Bankın bir sıra iri elektron ticarət layihələrinə texniki dəstək verməyə başlamasının böyük rolu var.

Bu gün “Bank of Baku” VISA ödəmə sistemi ilə müxtəlif istiqamətlərdə, o cümlədən VISA kartların emissiya edilməsi və ekvayrinqi sahəsində əməkdaşlıq edir. “Bank of Baku”-nun VISA kartları rahatlığı, çevikliyi və təhlükəsizliyi ilə seçilir.

Ən sərfəli kredit üçün müraciət et

VISA beynəlxalq ödəmə sistemi qlobal miqyasda fəaliyyət göstərir. Bu gün VISA plastik kartları 200-dən çox ölkədə istifadə edilir.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.facebook.com/bankofbaku

Ən sərfəli krediti almaq üçün müraciət et