Bank of Baku-nun bayram günlərində iş rejimi! | Banco.az

Bank of Baku-nun bayram günlərində iş rejimi!

Bayram günlərində də müştərilərinə xidmət göstərməkdə davam edəcək Bank of Baku, Novruz bayramı münasibətilə bütün xalqımızı təbrik edir və iş rejimi ilə bağlı məlumatı onların diqqətinə çatdırır.

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyyəsi əsasında Bankın aşağıdakı filialları 18-26 mart tarixləri arasında gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək:

  • Mərkəz filialı - Bakı ş., Azərbaycan pr., 3; (10:00 – 20:00 – dək (13:00-14:00 nahar fasiləsi))
  • Azneft filialı - Bakı ş., Neftçilər pr., 65 (10:00 – 20:00 – dək (13:00-14:00 nahar fasiləsi))
  • Səməd Vurğun filialı  - Puşkin küç.12/14; (10:00 – 20:00 – dək (13:00-14:00 nahar fasiləsi))

Bayram günlərində müştərilər, qeyd olunan hər 3 filialda valyuta mübadiləsi əməliyyatı xidmətindən faydalana bilərlər.

Qeyd edək ki, qeyri-iş günlərində Bankın Bakıda və regionlarda fəaliyyət göstərən digər filialları və partnyor mağazaları da ödəniş terminalları vasitəsilə müştərilərin xidmətində olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Belə ki, müştərilər kredit və digər ödənişlərini bankın filiallarında 24/7 iş rejimində çalışan ödəniş terminalları və  qırmızı “MilliÖn”  və “eManat” ödəniş terminalları vasitəsilə,  eləcədə, www.bankofbaku.comwww.e-pul.azwww.hesab.az  saytları vasitəsi ilə həyata keçirə bilərlər.

Qeyd edək ki, bayram günlərində edilmiş bütün ödənişlər bankın əməliyyat proqramında ­­­27 mart 2017-ci il  tarixində əks olunacaqdır.

Bank of Baku-nun filial və ödəniş terminalları şəbəkəsi haqqında ətraflı məlumatla Bankın http://www.bankofbaku.com/ rəsmi internet ünvanından tanış ola bilərsiniz.

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku  

Ən sərfəli krediti almaq üçün müraciət et