“Bank of Baku”-dan nağd kredit və Bolkart SİZƏ DAHA YAXIN oldu! | Banco.az

“Bank of Baku”-dan nağd kredit və Bolkart SİZƏ DAHA YAXIN oldu!

Müştərilərin rahatlığını təmin etmək məqsədilə “Bank of Baku” alternativ kanallar vasitəsilə kredit məhsullarına müraciət imkanlarını təqdim edir. İndi evi, iş yerini tərk etmədən və ya yol üstü MilliÖn-ün 1500-ə yaxın terminalı vasitəsilə istənilən şəxs bankdan kredit sifariş edə bilər. Artıq “Bank of Baku”-dan müxtəlif sadə üsullarla nağd pul krediti və Bolkart hissə-hissə ödənişli kartı sifariş etmək mümkündür. Sifariş tarixindən etibarən 2 iş günü ərzində bankın əməkdaşı müştəri ilə əlaqə saxlayıb, növbəsiz xidmət və arayışsız kredit almaq üçün müvafiq xidmət qurumuna istiqamətləndirir:

•         7 gün, 24 saat işləyən MilliÖn və “Bank of Baku” ödəniş terminalları vasitəsilə: Sadəcə mobil nömrə qeyd etməklə nağd kredit və ya Bolkart üçün müraciət etmək mümkündür.

•         8145 nömrəsinə SMS göndərməklə:

Yeni müştərilər – “İLK KREDİT” və ya “BOLKART” yazıb 8145-ə SMS

göndərməklə müraciət edə bilər.

“Dostlar Klubu” üzvü olan Brilliant və Qızıl kart sahibləri-  kartının son 8 rəqəmini, boşluq və kredit məbləğini (misal: "03129876 kredit 3000") 8145-ə SMS göndərməklə nağd kredit; BOLKART yazıb 8145-ə göndərməklə isə Bolkart üçün müraciət edə bilər.

Digər təkrar müştərilər – “KREDİT” və ya “BOLKART” yazıb 8145-ə SMS göndərməklə

·        İnternet resurlar vasitəsilə:

Ən sərfəli kredit üçün müraciət et

Bankın korparativ saytında yerləşən “Onlayn bələdçi” vasitəsilə müştərilər həm onlara nə qədər kredit düşdüyünü öyrənə bilər, həm də kredit üçün müraciət edə bilərlər.

http://www.bankofbaku.com/az/araissiz-kreditler/my-loan-amount.html

Bolkart-ın rəsmi internet saytındakı aşağıdakı linklə müştərilər Bolkart üçün müraciət edə bilər.

http://bolkart.az/okbol/client.php?locale=az&style=bolcard

Bankın facebook səhifəsindəki “FAN KREDİT” tətbiqi vasitəsilə:

www.facebook.com/bankofbaku

“BOX’ÇA” əldə etməklə:

Şəhərimizin 80-ə yaxın supermarket və ticarət subyektlərində (http://www.bankofbaku.com/az/araissiz-kreditler/boxca-project.html) satılan və ya müştərilərə hədiyyə olaraq təqdim olunan “Bank of Baku”-nun “Box’ça” məhsulunu əldə etmiş şəxslər kartları aktivləşdirmək üçün onlara təqdim edilmiş siyahıda göstərilən bankın filiallarına müraciət edə bilərlər.

Daha ətraflı: https://www.facebook.com/bankofbaku və 145 Məlumat Mərkəzi

Ən sərfəli krediti almaq üçün müraciət et