Bank of Baku “Banklararası Breyn Rinq Çempionatı”nın Qalibi oldu! | Banco.az

Bank of Baku “Banklararası Breyn Rinq Çempionatı”nın Qalibi oldu!

Bank of Baku, 28 oktyabr 2016-cı il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən təşkil olunan Banklararası Breyn Rinq Çempionatının qalibi oldu.

Ölkədə ilk dəfə keçirilən bu çempionatda 16 yerli bankın 100 nəfərə yaxın əməkdaşı iştirak edib. Bank of Baku-nun 8 nəfərdən ibarət yığma komandası bütün rəqiblərini geridə qoyaraq 25 xalla Çempionatın ən yüksək pilləsini – BİRİNCİLİYİ qazanıb.

Bankın müxtəlif departamentlərinin əməkdaşlarından ibarət yığma komanda adları aşağıda qeyd olunan şəxslərlə təmsil olunub:

  • Arif K.Mehdiyev - Korporativ hüquq departamentinin əməkdaşı
  • Ruslan Q.Mürşüdzadə - Korporativ hüquq departamentinin əməkdaşı
  • Beyrək S.Rəhimov – Mikro və KOS kreditləri departamentinin əməkdaşı
  • Asif B.Əhmədov - Mikro və KOS kreditləri departamentinin əməkdaşı
  • Firuz S.Manafov - Satışlara dəstək və filialların idarə edilməsi departamentinin əməkdaşı 
  • Qoşqar İ.Qafarov – Daxili audit departamentinin əməkdaşı
  • Polad A.Qəhrəmanlı – Məhkəmə və icra işləri üzrə hüquq departamentinin əməkdaşı
  • Tofiq Z.Mikayılzadə - Müştəri xidmətləri departamentinin əməkdaşı

Qaliblər, ABA-nın prezidenti Zakir Nuriyev tərəfindən kubokla mükfatlandırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

Ən sərfəli krediti almaq üçün müraciət et