“Bank of Baku” “119 Məlumat Xidməti” ilə əməkdaşlığa başladı! | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“Bank of Baku” “119 Məlumat Xidməti” ilə əməkdaşlığa başladı!

Təcili kreditə ehtiyacı olan hər kəs “119 Məlumat Xidmətinə” zəng edərək “Bank of Baku”-ya kredit sifariş verə bilər.“Bank krediti sifarişi” xidməti çərçivəsində hər bir vətəndaş sifarişini edəndən sonra bank 1 iş günü ərzində onunla əlaqə saxlayır və hansı məbləğdə kredit ala biləcəyi barədə məlumat verir.

“Bank krediti sifarişi” xidmətininin əsas üstünlüklərindən bir neçəsi  müştərinin illik faiz dərəcəsində 2 %-lik endirimdən faydalanması və krediti növbədənkənar əldə etmə imkanından ibarətdir.

“119 Məlumat Xidməti” istifadəçilər üçün məlumatların daha asan, istənilən vaxt, istənilən yerdən əldə olunmasına yardım edən bir vasitədir. “119 Məlumat Xidməti”nə zənglər həm şəhər telefonlarından, həm də Azərbaycanda fəaliyyət göstərən bütün mobil operatorlardan sadəcə “119” yığmaqla mümkündür.

“Bank krediti sifarişi” xidmətinin haqqı 119 xidmətinin standard tarifi ilə eynidir.

“Bank krediti sifarişi” barədə daha ətraflı : www.facebook.com/bankofbaku  və 119.