“Bank of Azerbaijan” ASC iyunun 1-nə olan maliyyə göstəricilərini açıqlayıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“Bank of Azerbaijan” ASC iyunun 1-nə olan maliyyə göstəricilərini açıqlayıb

“Bank of Azerbaijan” ASC aktivlərinin həcmi 2013-ci il iyunun 1-nə 325.8 mln. manata çatdırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 63% çoxdur. Bankın nizamnamə kapitalı isə 50 mln. manat təşkil edib.Həmçinin, əhalinin əmanətləri 85.2 mln. manata çatmışdır. Bankın kredit portfeli ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 75% artaraq 296.9 mln. manat təşkil etmişdir.Müvafiq dövr üzrə  “Bank of Azerbaijan” ASC-nin gəlirləri artmışdır. Belə ki, Bankın faiz gəlirləri 15.2 mln. manata, qeyri-faiz gəlirləri isə 2.99 mln. manata çatdırılmışdır.Azərbaycan maliyyə - bank sektorunun tanınmış qurumlarından biri olan “Bank of Azerbaijan” ASC 1993-cü ildə fəaliyyə başlamışdır. Bankın ölkə ərazisində Baş Ofis, 16 filialı və 3 şöbəsi  müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Bank of Azerbaijan” ASC Almaniyanın, Rusiyanın, Türkiyənin və diğər ölkələrin  aparıcı bankları ilə yüksək səviyyəli əməkdaşlığını davam etdirir.