Bank Gəncədə ilk regional filialın açdı | Banco.az

Bank Gəncədə ilk regional filialın açdı

27 fevral 2015-ci il tarixində  Gəncə şəhərində bank VTB (Azərbaycan)-ın ilk regioanal filialı açılıb. Bankın “Gəncə” filialı şəhərin mərkəzində Atatürk prospekti, 234 ünvanında yerləşir.

Yeni ofisin açılış mərasimində  bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin və Müşahidə Şurasının üzvləri, “AtaHolding”, Gəncə şəhəri İcra hakimiyyətinin və bələdiyyə nümayəndələri, eləcə də Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin iştirak edib.

“ Təsadüfi deyil ki, bank VTB (Azərbaycan)-ın ilk regional filialı Gəncədə açılıb. Gəncə Azərbaycanın iri sənaye şəhərlərindən biridir. Burada bir çox müəssisələr fəaliyyət göstərir ki, onlardan əksəriyyəti məhs sənayə sahəsinə aiddir. Bu filialın açılışı ilə biz regionlarda iqtisadiyyatın real sektorunun inkişafına dəstək olmaq niyyətindəyik.  Azərbaycanın regionlarında filial şəbəkəmizin genişləndirilməsi bankımızın inkişaf strategiyasında prioritet hesab olunur», deyə -bank VTB (Azərbaycan)-ın  İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Yeni ofisdə bankın müştərilərinə geniş çeşidli bank məhsulları təklif olunacaq, sərfəli şərtlərlə kreditlər, depozitlər, pul köçürmələri, kommunal ödənişlər üzrə xidmətlər göstəriləcək. “Gəncə” filialı nəinki gəncəlilərə, eləcə də Naftalan,  Axstafa, Qazax, Daşkəsən, Gədəbəy, Tovuz, Goranboy, Göygöl, Samux, Şəmkir əhalisinə də xidmət göstərəcək.

 

Ən sərfəli krediti almaq üçün müraciət et