Bank BTB yenilənmiş “İnternet-Bankçılıq” xidmətini təqdim etdi | Banco.az

Bank BTB yenilənmiş “İnternet-Bankçılıq” xidmətini təqdim etdi

Bütün dünyada olduğu kimi Azərbaycanda da ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçidin aktuallığını və müştərilərə daha çevik xidmət göstərilməsini nəzərə alan Bank “BTB” ASC bankda hesab açan fərdi və korporativ müştəriləri üçün yenilənmiş İnternet Bankçılıq xidmətini təklif edir.

“İnternet Bankçılıq” xidməti müştəriyə (fiziki şəxslər, hüquqi şəxslər, fərdi sahibkarlar) banka gəlmədən kompüter, planşet və ya mobil telefonda internet vasitəsilə www.btb.az portalının ana səhifəsində yerləşdirilmiş “İnternet Bankçılıq” bölməsinə daxil olaraq hesabları, bank kartları, kreditləri, depozitləri və s. barədə məlumat əldə edə biləcəyi, həmçinin bir sıra bank əməliyyatları (valyuta əməliyyatları, köçürmələr, ödənişlər və s.) həyata keçirməyə imkan verən innovativ bank xidmətidir.

“İnternet Bankçılıq” xidmətinə qoşulmaq üçün müştəri bankın müvafiq xidmət nöqtəsinə müraciət etməli, müvafiq sənədləri və müqaviləni imzalamalıdır. Qəbul olunan müraciət əsasında xidmət aktivləşdirilir və müştəriyə xidmətdən istifadə üçün nəzərdə tutulmuş istifadəçi adı və şifrə təqdim olunur. Qeyd edək ki, xidmət müştərilərə bank tərəfindən pulsuz təqdim edilir.

Müştərilərin “İnternet Bankçılıq”  xidməti ilə əməliyyat aparması üçün Bank BTB–nin bu xidməti “Asan İmza” mobil elektron imza xidməti ilə də inteqrasiya edilib. «Asan İmza» mobil elektron imzanın istifadəsi Bank BTB–nin müştərilərinə maliyyə əməliyyatlarını tez, asan və təhlükəsiz şəkildə həyata keçirməyə imkan verir.

Ən sərfəli kredit üçün müraciət et

Bankın xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.

“Asan İmza” haqqında

“Asan İmza” mobil elektron imzası – mobil telefonu rəqəmsal şəxsiyyət vəsiqəsi və elektron imza vasitəsi kimi istifadə etməyə imkan verən texnologiyadır. “Asan İmza” texnologiyasını önə çıxaran başlıca cəhət smart kartın oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır. Xidmətin istifadəsi üçün autentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir. Ətraflı məlumat üçün: www.asanimza.az

“Asan İmza” mobil elektron imza sistemində istifadə olunan autentifikasiya və elektron imza sertifikatları Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən təqdim edilir. Ətraflı məlumat üçün: www.asxm.gov.az

Ən sərfəli krediti almaq üçün müraciət et