Bank BTB plastik kartlar üzrə Visa-nın yeni aksiyasına qoşuldu | Banco.az

Bank BTB plastik kartlar üzrə Visa-nın yeni aksiyasına qoşuldu

Bank BTB  plastik kart sahiblərini Visa-nın yeni aksiyasında iştirak etməyə dəvət edir. Aksiyada 20 ədəd “Panasonic Smart  TV”lar və 60 ədəd “Samsung Galaxy Smartphone”lar təqdim olunur. Bunun üçün 22.06-21.08-dək alış-veriş edərək hər bir nağdsız ödənişi www.visa.com.az saytında qeydiyyatdan keçirin.

Belə ki, plastik kart vasitəsi ilə istənilən ticari-xidmət müəssisəsində, İnternet şəbəkəsində məhsullar və ya xidmətlər üzrə əməliyyat apararaq, tranzaksiyanın qəbzini və ya  Internet ödənişini təsdiqlədən sənədi  kampaniyanın sonuna qədər saxlayın. Hər tranzaksiya yeni qeydiyyat formasının doldurulması ilə həyata keçirilir. Visa Sizlərə Rioda keçiriləcək Olimpiya oyunlarının ən yaxşı anlarından zövq almağa və qazandğınız hədiyyələr vasitəsi ilə izləməyə dəvət edir.

Ən sərfəli kredit üçün müraciət et

Kampaniya haqqında daha ətraflı məlumatı www.visa.com.az saytından əldə edə bilərsiniz.

Bank xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.

 

Ən sərfəli krediti almaq üçün müraciət et