Bank “BTB”-nin kollektivi Xocalı faciəsinin qurbanlarını yad etdi | Banco.az

Bank “BTB”-nin kollektivi Xocalı faciəsinin qurbanlarını yad etdi

26 fevral Xocalı soyqırımının 24-cü il dönümü ərəfəsində Bank “BTB”-nin kollektivi faciə qurbanlarının xatirəsini yad etmək üçün Xocalı memorialını ziyarət edib. Bank rəhbərliyi və kollektivi abidənin üzərinə gül qoyublar.

Həmçinin bankın Baş Ofisində Xocalı hadisələrinə həsr olunmuş müxtəlif rəsm əsərlərindən ibarət sərgi təşkil edilmişdir. Sərgidə Xocalı faciəsindən söz açan Bank “BTB”-nin Müşahidə Şurasının Sədri Rza Sadiq bildirib ki, “26 fevral Xocalı soyqırımı hadisəsi Azərbaycan tarixinin ən faciəli anlarından biridir. Faciə qurbanlarını sarsılmadan yad etmək olmur. Ümid edirik ki, bir daha belə hadisələr xalqımızın tarixində təkrarlanmayacaq”.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et