Bank “BTB” ASC-nin 6 illiyi ərəfəsində bayram tədbiri keçirilir. | Banco.az

Bank “BTB” ASC-nin 6 illiyi ərəfəsində bayram tədbiri keçirilir.

Bank BTB ASC-nin 6 il ərəfəsində bayram tədbiri keçirilir. Tədbirdə Müşahidə Şurasının sədri Rza Sadiq bildirib ki, “Bank BTB gənc  bank  olmasına baxmayaraq, ölkənin dayanıqlı bankları sırasındadır. Biz bank sektoruna aid olan bütün qabaqcıl vasitələrdən istifadə edərək, ödəniş sistemlərinin müasirləşməsini, elektron bankçılıq xidmətlərinin tətbiqini, müştəri xidmətlərinin inkişafını hədəfə alaraq qarşımızda duran vəzifələri müvəffəqiyyətlə həll etməyə çalışırıq. 6 il bundan əvvəl cəmi 20 nəfərlik bir komanda ilə biz Bank BTB-nin təməlini qoyduq. 19 mart 2010-cu il tarixində verilən lisenziya əsasında bank fəaliyyətə başlamışdır. Bu gün bank kollektivinin peşəkar komanda kimi  formalaşmasını, xidmət şəbəkəsinin genişlənməsini müşahidə edərək  düşünürəm ki, biz düzgün strategiya qəbul etmişik və onu uğurla reallaşdırmışıq".

Bank BTB-nin  missiyası Azərbaycanın bank sektorunda stabilliyi ilə seçilən, müştərisi ilə böyüyən, peşəkar kollektivi ilə məmnuniyyət qazanan şəffaf  bir bank olmaqdır. Altı il ərzində bank bir çox uğurlar əldə etmişdir. Bankın xidmət şəbəkəsinə müştərilər üçün ən rahat yerdə yerləşərək əhaliyə xidmət göstərən 10 filial, 1 şöbə,  20 stasionar bankomat və müasir memarlıq üslubu ilə seçilən Bankın Baş ofisinin binası  daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Peşəkar əməkdaşlardan ibarət komanda bankımızın ən dəyərli aktivlərindəndir. Müxtəlif inkişaf proqramları, daimi ünsiyyət və mükəmməl birlik hisləri bütün komandanın vahidliyinin sütunudur. Bankın idmana və elmə də dəstəyi çoxdur. İşçilərdən ibarət futzal üzrə yığma komandamız banklar arasında birinciliyi əldə etməklə daima bizi sevindirir. İşçilər arasında keçirilən Şahmat Turniri bir ənənəyə çevrilməkdədir.

Tədbirdə həmçinin İdarə Heyətinin sədri Samir Qocayev bayram münasibətilə tədbir iştirakçılarını təbrik edərək  bildirdi ki, “Çətin iqtisadi gərginlik zamanında biz yüksək likvidliyi təmin edə bilmişik. Hal-hazırda biz kapitalımızı daha da artırmaqda davam edirik. Şəffaf kredit portfeli, daimi artan müştəri bazası bizlərə gələcəyə inamla və uğurla addımlayacağımıza güvən və güc verir”.

Bank xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.

Ən sərfəli krediti almaq üçün müraciət et