Bank 10 faizədək güzəştli kreditlər təklif edir | Banco.az

Bank 10 faizədək güzəştli kreditlər təklif edir

“DəmirBank” müştərilərinə 10 faizədək güzəştli kreditlər təklif edir. Belə ki, nağd pul krediti götürmək istəyən müştərilər 5000-dək nağd pul kreditini illik faiz dərəcəsində 10% -dək endirimlə  əldə edə bilərlər. Bununla yanaşı, “DəmirBank” ABŞ dolları valyutası ilə verilən digər kreditlərə də əlavə 2 % endirim tətbiq edir.

Onu da qeyd edək ki, Bank sərfəli şərtlərlə müştərilərinə istehlak və biznes  kreditlərinin verilişini davam etdirir.  İstehlak kreditlərinin şərtlərinə əsasən şəxsiyyət vəsiqəsi və iş yerindən arayış təqdim etməklə, mövcud istehlak kreditlərdən (“Təhsil işçilərinə kredit”, “Səhiyyə işçilərinə kredit”, “Dövlət qulluqçularına kredit”, “Dövlət işçilərinə kredit”, “Təqaüdçülərə kredit”, “Qızılla kredit”, “Məişət texnikası krediti”, “Təmir krediti”) yararlanmaq mümkündür. Bununla yanaşı, DəmirBank sahibkarlığın inkişafı üçün də sahibkarlara uyğun şərtlərlə biznes kreditləri təklif edir. Biznes kreditlərin şərtlərinə əsasən isə minimum 12 ay stabil biznes fəaliyyəti olan, istehsalat, ticarət və təsərrüfatla məşğul olan fiziki və hüquqi şəxslər biznes kreditlərindən faydalana bilərlər. Kreditin məbləğindən asılı olaraq onun təminatı qismində zaminlik, avtomobil, şəxsi ev əmlakı, daşınan və daşınmaz əmlak, biznes avadanlıqları, qiymətli metallar, qiymətli kağızlar, dövriyyədə olan əmtəə-mal qalığı ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et