AzərTürk Bank birinci rübü mənfəətlə başa vurdu | Banco.az

AzərTürk Bank birinci rübü mənfəətlə başa vurdu

Azər Türk Bankın mətbuat xidməti bildirir ki, 31 mart 2017-ci il tarixinə Bankın aktivləri 291 468 min manat səviyyəsində olmuşdur. Kredit portfelinin həcmi 139,8 milyon manat təşkil etmişdir. Bankın məcmu kapitalı, tutulmalardan sonra, 54 776 min manat, məcmu kapitalın adekvatlıq əmsalı 30,87 faiz səviyyəsindədir.

Bank aktivlərinin səmərəliliyini əks etdirən ROA əmsalı 1,10 faiz, kapitalın gəlirliliyi (ROE) 7,24 faiz təşkil etmişdir.

Ümumi gəlirlər 7 milyon 493 min manat, xərclər 6,4 milyonmanattəşkiletmiş, bankınxalismənfəəti 1,064 milyonmanatdançoxolmuşdur

Ən sərfəli kredit üçün müraciət et

Bankın depozit potfeli 191,9 milyon manat həcmindədir.

Azər Türk Bankın nizamnamə kapitalı 50 milyon manat səviyyəsindədir.

1995-ci ildən fəaliyyət göstərən “AzərTürk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

 

Ən sərfəli krediti almaq üçün müraciət et