Azərbaycan Beynəlxalq Bankı şəhid hərbçilərimizin kredit borclarını bağladı | Banco.az

Azərbaycan Beynəlxalq Bankı şəhid hərbçilərimizin kredit borclarını bağladı

Azərbaycan Beynəlxalq Bankı aprelin əvvəlində Ermənistan silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması zamanı şəhid olmuş hərbçilərimizin kredit borcları ilə bağlı qərarınıicra edib. Araşdırmaların nəticələrinə əsasən, bu şəxslərdən hər hansı birinin Banka kredit borcunun olması müəyyənləşdiyi halda borc öhdəliyi bağlanıb. Araşdırmalar və kredit öhdəliklərinin ləğvi şəhid hərbçilərimizin ailə üzvlərinin müvafiq bank filiallarına fərdi müraciətləri əsasında aparılıb.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan Beynəlxalq Bankı ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün vətəndaşlarımıza rəhmət diləyir, yaralılarımızın tezliklə sağalaraq Vətənə şərəfli xidmətlərini davam etdirmələrini arzulayır.

Ən sərfəli krediti almaq üçün müraciət et