Azər Türk Bankın ödəniş kartları ilə əməliyyatların sayı artıb | Banco.az

Azər Türk Bankın ödəniş kartları ilə əməliyyatların sayı artıb

Azər Türk Bank mətbuat xidmətindən verilən məlumata görə, cari ilin birinci rübü ərzində müştərilər Bankın plastik kartları vasitəsilə 185 minə yaxın əməliyyat həyata keçirmişlər. Kartla əməliyyatların dövriyyəsi 31,5 milyon manat olmuşdur. Bu göstəricilər, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 25% və 30% çoxdur.

MasterCard və VISA  beynəlxalq ödəniş sistemlərinin üzvü olan Azər Türk Bank plastik kartların buraxılması və onlardan istifadə sahəsində xidmətlərin geniş spektrini təqdim edir. Hazırda dövriyyədə Banka məxsus 33 min aktiv plastik kart vardır ki, bu da 2016 –cı ilin ilk rübünün nəticələrinə nisbətən 34 faiz çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

1995-ci ildən fəaliyyət göstərən "Azər Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç