Azər Türk Bankın nümayəndələri Gəncədə təhsil alan tələbələrə və məzunlara təlim keçmişlər | Banco.az

Azər Türk Bankın nümayəndələri Gəncədə təhsil alan tələbələrə və məzunlara təlim keçmişlər

Mayın 24-də Azər Türk Bank Gəncə şəhərində maliyyə-iqtisad yönümlü fakültələrdə təhsil alan tələbələr və məzunlar üçün  Gəncə Dövlət Aqrar Universitetində təlim keçirmişdir.

Tədbiri açan Gəncə Dövlət Aqrar Universitetin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov iştirakçıları salamlamış, Azər Türk Bankın bu təşəbbüsünü alqışlamışdır.

Tədbirdə Bankın rəhbər işçiləri “Vaxtın səmərəli idarə edilməsi” və “Müasir dövrdə bank sektorunda marketinq və PR-ın rolu” mövzularında ­­­çıxış etmişlər.

Təlimin əsas məqsədi regionlardakı gənclərin maarfiləndirilməsi, gələcəkdə bank sahəsində çalışacaq kadrların hazırlığına dəstəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Tədbirin sonunda iştirakçılara sertifikatlar verilmiş, təlimdə fəallığı ilə seçilən on tələbəyə  Azər Türk Bank adından korporativ hədiyyələr təqdim edilmiş, iki tələbə isə Bankın Gəncə filialında 1 ay müddətində təcrübə keçmək imkanı qazanmışdır.

1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Ən sərfəli krediti almaq üçün müraciət et