AZƏR-TÜRK BANK YENI 945 NÖMRƏLI MƏLUMAT MƏRKƏZINI TƏQDIM EDIR | Banco.az

AZƏR-TÜRK BANK YENI 945 NÖMRƏLI MƏLUMAT MƏRKƏZINI TƏQDIM EDIR

Azər-Türk Bank ASC yeni 945 nömrəli Məlumat Mərkəzini təqdim edir. Bankla əlaqə saxlamağın operativliyini və rahatlığını təmin etmək məqsədilə "Azər-Türk Bank" ASC yeni Məlumat Mərkəzini yaratmışdır. Belə ki, yeni 945 qısa nömrə vasitəsilə Bankımızın məhsul və xidmətləri barəsində ətraflı məlumatları tez zamanda ala bilmək imkanını əldə edirlər.

Bütün mobil operator və şəhər nömrələri istifadəçiləri iş günləri ərzində 945 nömrəsinə zəng edib və yaxud istənilən vaxt www.azerturkbank.biz rəsmi saytına müraciət edib, lazımi məlumatları əldə edə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, "Azər-Türk Bank" ASC bütün növ bank məhsulları və xidmətləri təklif edir. Bank aşağı faizli kreditlər verməklə digər maliyyə qurumlardan seçilir. "Azər-Türk Bank" ASC etibar etdiyiniz ünvandır.

Azər-Türk Bank ASC 1995-ci ildə təsis edilmişdir. Bankın səhmdarları T.C. Ziraat Bankası A.Ş., Aqrarkredit Səhmdar Kredit Təşkilatı, Ziraat Bank İnternational AG və Turanbank ASC-dir. Bank fiziki və hüquqi şəxslərə geniş çeşidli xidmətlər göstərməklə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdə əhəmiyyətli rol oynayır.

 

Ən sərfəli krediti almaq üçün müraciət et