AYİB "DəmirBank" ASC-yə 5 milyon ABŞ dolları həcmində vəsait ayırıb | Banco.az

AYİB "DəmirBank" ASC-yə 5 milyon ABŞ dolları həcmində vəsait ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda enerji səmərəliliyi layihələrinin maliyyələşdirilməsi üçün "DəmirBank" ASC-yə 5 milyon ABŞ dolları həcmində vəsait ayırıb.

“Qafqaz Enerji Effektivliyi” proqramı çərçivəsində ayrılan bu vəsaitlər əsasən  daha səmərəli texniki avadanlıq,  materiallar və məişət avadanlıqları almaqlar yerli sahibkarlara və fiziki şəxslərə enerjiyə ödədikləri vəsaitə qənaət etmək, biznes və evlərini xərclər baxımından daha qənaətçil məkana çevirməyə imkan verəcək.

Bununla bağlı açıqlama verən AYİB-in Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri Nil MakKeyn qeyd edib ki, böyük neft və təbii qaz ehtiyatlar və subsidiyalaşdırılan enerji tarifləri səbəbindən Azərbaycanın istehsalat müəssisələri və yaşayış sektorunda səmərəli enerji texnologiyaların yayılması məhdud olması bu sahədə geniş imkanların olmasını göstərir. Belə ki, burada da yerli maliyyə sektoru və AYİB həlledici rol oynaya bilərlər. Həmçinin Nil MakKeyn Azərbaycanda bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində investisiyaları artırmaq üçün DəmirBanka dəstək olmaqdan məmnunluğunu bildirdi.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda, AYİB enerjiyə qənaət istiqamətində həyata keçirilən investisiyalarla bağlı məsləhət xidmətlərinin göstərilməsi üçün layihəyə konsultantlar da cəlb etmişdir. Bu dəstək sahibkarlar və ev təsərüfatı sahiblərinə yüksək enerji sərfiyyatı olan avadanlıq və materiallardan daha aşağı enerji sərfiyyatlı avadanlıqlara səmərəli formada keçid edərək, uzunmüddətli perspektivdə qazanc əldə etmə imkanı yaradacaqdır.

Ölkənin ilk kommersiya banklarından olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

Ən sərfəli krediti almaq üçün müraciət et