"AtaBank"ASC filial sayını artırmağa davam edir | Banco.az

"AtaBank"ASC filial sayını artırmağa davam edir

Nərimanov rayonunda“AtaBank” ASC-nin yeni filialının açılışı olub. Koroğlu Rəhimov küçəsi 3a ünvanında yerləşən filial fiziki və hüquqi şəxslərə bütün növ bank xidmətləri göstərir. 

Yeni xidmət mərkəzində həm fiziki, həm də korporativ müştərilərə bütün bank xidmətləri, o cümlədən, hesablaşma-kassa əməliyyatları,təcili pul köçürmələri, sərfəli şərtlərlə kreditlər, əmanətlərin qəbulu, müxtəlif plastik kartların sifarişi, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənişi kimi xidmətlər təklif olunur. 

Ən sərfəli kredit üçün müraciət et

"AtaBank"-ın  yeni "Gənclik" filialı bazar ertəsindən cümə gününə kimi saat 9:00-dan 18:00-a kimi müştəriləri qəbul edir. Şənbə günləri isə filial 10:00-dan 15:00-dək işləyir. "Gənclik" filialının əməkdaşları müştəriləri rahat və geniş ofislərində görməyə şad olacaq.

Ən sərfəli krediti almaq üçün müraciət et