“AtaBank”- ın kreditini hesab.az vasitəsilə ödə | Banco.az

“AtaBank”- ın kreditini hesab.az vasitəsilə ödə

 “AtaBank” ASC müştərilərinə  xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə, “Goldenpay” şirkəti ilə yeni əməkdaşlığa başlayıb.  Bu əməkdaşlıq sayəsində “AtaBank” ASC-dən kredit götürən müştərilər üçün ödənişlərini daha asan və daha rahat şəkildə ödəmələrinə imkan yaradacaq layihə hazırlanıb.Yeni layihəyə əsasən bankın bütün müştəriləri  hesab.az elektron xidmətlər portalından istifadə edərək istənilən vaxt ödənişlərini onlayn həyata keçirə biləcəklər.

Onlayn ödəmə sistemi müştərilərə banka gəlmədən və növbədə vaxtlarını itirmədən kredit ödənişlərini ödəmək imkanını yaradır. Bundan əlavə, onlayn ödəmə sisteminin əsas ütsünlüklərindən biri müştərilərə  ödənişlərini istənilən bankın plastik kartı vasitəsi ilə reallaşdırmaq imkanının yaradıla bilməsidir.

Ən sərfəli kredit üçün müraciət et

Kreditini onlayn ödəmək istəyən müştəri hesab.az portalında müvafiq bölməyə daxil olaraq “AtaBank” bölməsini seçərək ödənişini  rahat həyata keçirə bilər. İstifadəçilərin rahatlığını təmin etmək və vaxtlarına qənaət etmək  məqsədi ilə portalda  ödəniləcək kredit haqqında məlumatların hər dəfə sistemə yenidən daxil edilməməsi üçün “Şəxsi Kabinet” adlı xüsusi bölmə yaradılmışdır. Bu bölməyə məlumatların yalnız bir dəfə daxil edilməsi istifadəçiyə gələcəkdə qısa bir müddətdə asanlıqla kreditinin ödənilməsi imkanını yaradacaq. Bundan əlavə “Şəxsi Kabinet”də bütün ödənişlər barədə informasiya öz əksini tapacaq.

Ən sərfəli krediti almaq üçün müraciət et