“AtaBank” ASC POS-terminal şəbəkəsini genişləndirir | Banco.az

“AtaBank” ASC POS-terminal şəbəkəsini genişləndirir

“AtaBank” ASC  filial, bankomat şəbəkəsi ilə yanaşı  bütün ölkə üzrə müştərilərin rahatlığı üçün POS-terminal şəbəkəsinin  genişləndirilməsinə də xüsusi diqqət yetirir. POS-terminalların bir neçəsi respublika üzrə filialları olan iri Super Marketlərdə - Neptun, Araz, Makro, Megastore, Bolmart, Alvadi, Frutti Fresca, Gloria, Lider, “5+ market” quraşdırılaraq  müştərilərin ixtiyarına verilmişdir. Hazırda bankın fəaliyyət göstərən POS-terminallarının sayı 17 000 ədəd təşkil edir. “AtaBank” ASC-nin POS-terminal siyahısı ilə bu keçiddə tanış ola bilərsiniz: http://atabank.com/?sid=430

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki “AtaBank”-ın “Al, Poz, Qazan” kampaniyası davam edir.  Kampaniyada yalnız “AtaBank” ASC  müştəriləri deyil, bütün plastk kart sahibləri iştirak edə bilər.  Məhz bu səbəbdən də hər birinizə alış-veriş üçün “AtaBank” ASC-nin POS-terminallarından istifadə etməyi məsləhət görürük. Kampaniya haqqında daha ətraflı məlumat üçün www.atabank.com  saytına, www.facebook.com/atabank   və www.twitter.com/AtaBank  səhifələrinə daxil olmaq olar.

Ən sərfəli krediti almaq üçün müraciət et