“AtaBank” ASC ödəmə terminalları quraşdırdı | Banco.az

“AtaBank” ASC ödəmə terminalları quraşdırdı

Müştəri xidmətləri səviyyəsinin artırılması üçün “AtaBank” ASC bir sıra filial və şöbələrində (Baş ofis, Monolit, Nəsimi, Səbail, Sumqayıt, Xaçmaz, Naftalan, Bakı filiallarında və MKX-Gəncə, Çinar şöbələrində) MilliÖN ödəniş terminalları quraşdırdı.

Artıq, müştərilərimiz, “AtaBank” ASC-nin filiallarında MilliÖN - ödəniş köşkləri vasitəsi ilə kommunal ödənişləri, kabel və peyk televiziyası, İnternet provayderləri, mobil operatorları və Ekspress kreditləri ödəyə bilərlər! Kredit borcu ilə ödəniş həyata keçirmək üçün müştəri bankdakı öz eyniləşdirmə nömrəsini bilməlidir.

Kredit ödənişi nağd şəklində terminal vasitəsi ilə qəbul olunur. Yerindəcə müştəri ödəniş qəbzi alır və səhəri gün, kreditin ödənişini təsdiq edən SMS bildiriş alır.

Ən sərfəli kredit üçün müraciət et

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı, universal bankdır. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 25 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmət spektrini təqdim edir. "AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər sosial şəbəkədə səhifəsini ziyarət edə bilərsiniz -  www.facebook.com/atabank

Ən sərfəli krediti almaq üçün müraciət et