“AtaBank” ASC “Al, Poz, Qazan" kampaniyası çərçivəsində qalib olanları təbrik edir | Banco.az

“AtaBank” ASC “Al, Poz, Qazan" kampaniyası çərçivəsində qalib olanları təbrik edir

“AtaBank” ASC-nin  keçirdiyi  "Al, Poz, Qazan"  kampaniyası çərçivəsində bankın “Bakı”, “Gəncə”, “Lənkəran” və “Yeni Həyat” filiallarından  müxtəlif məbləğdə pul mükafatları qazanmış  Cəfərli Əhməd Müzəffər oğlu,   Hüseynov Kənan Tağı oğlu, İbrahimov Aqil Qənbər oğlu,  Abdullayeva Sevda Fizuli qızı, Hüseynova Validə Səttar qızı və Mirzəyev Qoşqar Adil oğlu qalib olublar.  

Qaliblər “AtaBank” ASC-nin POS-terminalları vasitəsilə alış-veriş etmiş və 20 (iyirmi) manatlıq çeki banka təqdim edərək uduşlu kuponlar əldə etmişdilər. Kampaniyada yalnız “AtaBank” ASC  müştəriləri yox, bütün plastk kart sahibləri iştirak edə bilər.  Məhz bu səbəbdən də hər birinizə, alış-veriş üçün “AtaBank” ASC-nın POS-terminallarından istifadə etməyi məsləhət görürük.

Qeyd edək ki, kampaniyada maksimal məbləği 1000 manat olmaqla minlərlə uduşlar var. Əlavə edək ki, kampaniyanın keçirilməsində məqsəd bank ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan tədbirləri sürətləndirməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Kampaniya haqqında daha ətraflı məlumat üçün www.atabank.com saytına, www.facebook.com/atabank  https://twitter.com/AtaBank səhifəsinə daxil olmaq olar.

“AtaBank” ASC-nın Pos-terminal siyahısı: http://atabank.com/?sid=131

Ən sərfəli krediti almaq üçün müraciət et