ASB texniki infrastrukturunun yenilənməsi işlərini yekunlaşdırıb | Banco.az

ASB texniki infrastrukturunun yenilənməsi işlərini yekunlaşdırıb

“Azərbaycan Sənaye Bankı” texniki infrastrukturunun yenilənməsi işləri çərçivəsində  yeni proqram təminatına keçid işlərini yekunlaşdırmışdır.

Proqram təminatının yenilənməsi ilə bağlı Türkiyənin qabaqcıl texnologiya şirkəti “Intertech” ilə əməkdaşlıq edilməkdədir.

Keçidin yekunlaşmasıyla birlikdə bankın proqram təminatı bütövlükdə yenilənmişdir, nəticədə filiallarda kassir əməliyyatçı sisteminə keçilərək daha operativ xidmət göstərilməyə başlanılmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Habelə Banka gəlmədən əməliyyatların edilməsi üçün yeni – internet və mobil bankçılıq sistemləri qurulmuşdur. İnternet və mobil bankçılıq xidmətləri yaxın günlərdə müştərilərin ixtiyarına veriləcəkdir.

“Intertech” şirkəti 1987-ci ildə qurulmuşdur. Dünyanın 30-dan artıq – “Denizbank”, “Sberbank”, “Royal Bank of Scotland”, “Citibank”, “Standard Chartered” kimi maliyyə təşkilatlarına xidmət göstərməkdədir.  “Microsoft”, “HP”, “Intel” və “Oracle” şirkətlərinin rəsmi tərəfdaşıdır.  

Ən sərfəli krediti almaq üçün müraciət et