"Amrahbank" kapitalını yeni normativə çatdırır | Banco.az

"Amrahbank" kapitalını yeni normativə çatdırır

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Amrahbank" ASC-nin 20 milyon manat dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

QKDK-nin rəsmi saytına istinadən, prospekt çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 200 min ədəd səhm buraxılıb.

Hazırda bankın nizamnamə kapitalı 19,84 milyon manat, məcmu kapitalı isə 30,64 milyon manatdır. Emissiyanın yerləşdirilməsindən sonra "Amrahbank"ın nizamnamə kapitalı 39,84 milyon manata, məcmu kapitalı isə 50,64 milyon manata çatdırılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) 25 iyul 2012-ci il tarixli qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalının 1 yanvar 2014-cü il tarixədək 50 mln. manata çatdırılması qərara alınıb.

trend.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et