“Albalı Plus” debet kartı pulsuz oldu | Banco.az

“Albalı Plus” debet kartı pulsuz oldu

Unibankdan Novruz hədiyyəsi

İndiki dövrdə debet kartı olmadan necə keçinmək olar? Mağazada alış- verişdən tutmuş, bütün iternet ödəmələrində, ölkə xaricində, ölkə daxilində, bir sözlə hər addımda istifadəsi mümkün olan,tələbat duyulan debet kartı hamıya lazımdır. Hələ üstəlik o debet kartından vəsaitinizi heç bir komissiya ödəmədən çıxara bilirsinizsə və hətta bu kart hər manatınıza faiz qazandırırsa, niyə o kartdan sizdə də olmasın? Təbii ki söhbət ölkə kart bazarının unikal məhsullarından olan “ALBALI PLUS” debet kartından gedir. Unibank “ALBALI PLUS” debet kartını hər kəsə pulsuz verirsə, demək indi bu kartı almaq üçün daha bir yaxşı səbəb də var.

Novruz bayramı ilə əlaqədar 30-dək  Unibank filiallarına müraciət edən hər kəs “ALBALI PLUS” debet kartını pulsuz alacaq.

“ALBALI PLUS” debet kart sahiblərinə hansı imkanlar verir?

Pulsuz nağdlaşdırma:
- Bu karta sahib olan hər kəs kartdan şəxsi vəsaitini Unibank bankomatlarından heç bir faiz ödəmədən nağdlaşdıra bilir. Çünki “ALBALI PLUS”  debet kartı üzrə nağdlaşdırma komissiyası 0 % təşkil edir.

Unikal depozit kartı:
- Kartda olan vəsaitinizi istədiyinizdə nağdlaşdıra, istədiyinizdə isə depozit kimi saxlayıb əlavə gəlir qazana bilərsiniz. Kartda öz vəsaiti saxlayan müştərilər reytinqindən və vəsaitin valyutasından asılı olaraq, illik 6%-dək gəlir əldə edə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

İki beynəlxalq ödəniş sisteminə malikdir:
- Beynəlxalq statusa malik olan ALBALI PLUS debet kartını həm Visa, həm də MasterCard ödəniş sistemində sifariş etmək mümkündür.

Unibank-ın ödəniş terminallarında ALBALI PLUS debet kartınıza daxil etdiyiniz vəsait, iş və ya qeyri iş günlərindən, günün hansı vaxtından asılı olmayaraq həmin an hesabınıza oturur.

 “ALBALI PLUS” debet kartına sahib olmaq çox asandır. Bunun üçün işdən arayış almağa ehtiyac yoxdur, sadəcə şəxsiyyət vəsiqəsi ilə istənilən Unibank filialına müraciət edib, mart ayı ərzində kartı pulsuz ala bilərsiniz. 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

ALBALI PLUS – arzuları reallaşdıran kart!

Unibank-hər kəsin bankı!

Ən sərfəli krediti almaq üçün müraciət et