AccessBank müştərilərinə mobil danışıq dəqiqələrini hədiyyə edir | Banco.az

AccessBank müştərilərinə mobil danışıq dəqiqələrini hədiyyə edir

Bank beynəlxalq pulköçürmələri üzrə kampaniyaya başlayır

Bakı, 11mart 2016-cı il. AccessBank beynəlxalq sürətli pulköçürmə sistemləri vasitəsi ilə pul göndərən və ya qəbul edən müştərilərə mobil danışıq üçün pulsuz dəqiqələr hədiyyə edir.

“Sürətli köçürmələr - hədiyyəli dəqiqələr” aksiyası çərçivəsində 500 dollar və daha artıq ekvivalentində həyata keçirilən hər bir pulköçürmə əməliyyatı müqabilində Bank müştərilərə Bakcell və Nar mobil operatorlarından 10 danışıq dəqiqəsi, 1000 dollar və daha artıq ekvivalentdə - Azercell, Bakcell və Nar mobil operatorlarından 20 danışıq dəqiqəsihədiyyə edir. Pulsuz dəqiqələr istənilən vaxt məhdudiyyətsiz olaraq istifadə edilə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bankın təklif etdiyi bütün beynəlxalq pulköçürmə sistemləri – Western Union, Contact, Blizko, Forsaj, Lider, Monex, CMT və Privat Money bu kampaniyada iştirak edir. Həmçinin, müştərilər pulköçürmə əməliyyatlarını həmin sistemlərin təklif etdikləri istənilən valyutada – dollar, avro və ya rublda həyata keçirə bilərlər.  

Ən sərfəli krediti almaq üçün müraciət et