ABB-nin cəlb etdiyi sindikativ kredit 2013-cü ilin ən uğurlu İslam bankçılığı əqdi kimi qiymətləndirilib | Banco.az

ABB-nin cəlb etdiyi sindikativ kredit 2013-cü ilin ən uğurlu İslam bankçılığı əqdi kimi qiymətləndirilib

«Islamic Financial News» təşkilatının beynəlxalq ekspertləri və aparıcı İslam banklarının nümayəndələri tərəfindən Azərbaycan Beynəlxalq Bankının (ABB) İslam bankçılığı çərçivəsində cəlb edilmiş sindikativ kredit üzrə əqd 2013-cü ildə ən uğurlu beynəlxalq əqd kimi dəyərləndirilib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə ABB-nin məlumatında deyilir.

Xatırladaq ki, 2013-cü ilin iyulunda ABB «Barwa Bank», «Emirates NBD Capital» və «JPMorgan and Noor Islamic Bank»la kommersiya Mübarraha (İslam bankçılığı məhsulu) çərçivəsində sindikativ kreditin cəlb edilməsi barədə saziş imzalayıb. Kreditin ilkin məbləği 100 mln. ABŞ dolları olsa da, sifarişlərin həcmi daha yüksək olub və nəticədə ABB 120,5 mln. dollar həcmində vəsait cəlb edib.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et