5 manata “VISA Gold” alın | Banco.az

5 manata “VISA Gold” alın

Hər kəs istəyər ki, müasir zamanın tələbinə uyğun olaraq, ödənişləri həyata keçirmək üçün plastik kart sahibi olsun. Müxtəlif statuslara malik olan ödəniş kartları sizin imicinizin ayrılmaz bir hissəsi, həm də nüfuz göstəricisidir. Lakin bu kartların illik xidmət haqları və və rəsmiləşdirilmə xərci insanları kart sahibi olmaqdan çəkindirir.

Buna baxmayaraq, uğurlu istisnalar həmişə vardır.

Beləliklə, Bank VTB (Azərbaycan) ödəniş kartlarının pulsuz rəsmiləşdirilməsinə dair aksiya keçirir.

Bank 2014-cü ilin mayın 1-dən etibarən “Sizin VTB kartınız” aksiyası çərçivəsində plastik kartların pulsuz rəsmiləşdirilməsinə başlayır.

Bank VTB-nin plastik kartına sahib olmaq istəyən hər kəs şəxsiyyəti təsdiq edən sənədlər əsasında “VISA Classic”  səviyyəli ödəniş kartını pulsuz əldə edə bilər, həmçinin “VISA Gold” kartını cəmi 5 manata ala bilər. 

Ən sərfəli kredit üçün müraciət et

“Sizin VTB kartınız” aksiyası cari ilin avqustun 1-dək davam edəcəkdir.

Bankın Ödəniş kartları İdarəsinin rəisi Ulyana Əlixanova redaksiyamızla söhbət zamanı bildirib: “Turist səfərləri, internetdə alış-veriş, kommunal ödənişlərin həyata keçirilməsi üçün ödəniş kartının mövcudluğu müasir insan üçün vacibdir. Bizim bank nağdsız ödənişlərin stimullaşdırılması üzrə dövlət siyasətini dəstəkləyir və müştərilər üçün xidmətin yaxşılaşdırılmasına çalışır. Bütün ticarət və xidmət mərkəzləri ödəniş terminalları ilə təchiz olunduğundan istehlakçılar ödəniş kartlarının rahatlığını dəyərləndirmişlər və “Sizin VTB kartınız” aksiyası uğur qazanacaqdır”.

Ən sərfəli krediti almaq üçün müraciət et