“Microsoft” BƏƏ-yə süni intellektin inkişafı üçün 1,5 milyard dollar investisiya ayıracaq | Banco.az

“Microsoft” BƏƏ-yə süni intellektin inkişafı üçün 1,5 milyard dollar investisiya ayıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

“Microsoft” BƏƏ ilə süni intellektlə bağlı müqavilə bağlayıb.

"Microsoft" Birləşmiş Ərəb Əmirliklərində süni intellekt nəhəngi olan “G42”-yə 1,5 milyard dollar sərmayə qoyacağını bildirib.

Banco.az xəbər verir ki, tərəfdaşlığın bir hissəsi olaraq, “Microsoft” “G42”yə güclü süni intellekt çiplərindən istifadə edən "Microsoft" xidmətlərini satmağa icazə verəcək.

Öz növbəsində, Çinlə əlaqələri səbəbindən Vaşinqtonda nəzarət altında olan “G42”, "Microsoft" bulud xidmətlərindən istifadə edəcək və ABŞ hökuməti ilə ətraflı danışıqlarda razılaşdırılmış təhlükəsizlik sazişinə qoşulacaq.

“Microsoft” şirkətinin prezidenti Bred Smit müsahibəsində bildirib ki, razılaşma olduqca qeyri-adidir və ABŞ hökumətinin süni intellekt proqramlarının əsasında duran əqli mülkiyyətin qorunması ilə bağlı həddindən artıq narahatlığını əks etdirir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, müqavilə həm də ABŞ firmalarının süni intellektdə öz texnoloji liderlikləri ilə ölkələri Çin texnologiyasından uzaqlaşdırmaq və böyük maliyyə mükafatları əldə etmək üçün bir model ola bilər.

Bu addımlar uğurlu olarsa, "G42" ABŞ-a daxil olacaq və Çinlə əlaqələrini azaldacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et