"Tesla" avtonom sürücülük texnologiyası üçün Çindən icazə alıb | Banco.az

"Tesla" avtonom sürücülük texnologiyası üçün Çindən icazə alıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlon Mask tam avtonom idarəetməni tətbiq etmək üçün səlahiyyətlilərdən tələb etdiyi icazəni alıb.

Banco.az xəbər verir ki, “Tesla”nın baş direktoru İlon Mask özünün ikinci ən böyük bazarı olan Çindən avtopilot texnologiyasının qabaqcıl versiyası olan avtonom idarəetmə texnologiyasını işə salmaq üçün icazə əldə edib.

Məsələyə yaxın mənbələr Çinə səfər edən Maskın müəyyən şərtlərlə bu razılığı aldığını bildirib.

Belə ki, “Tesla”nın 2 mühüm çətinliyin öhdəsindən gəldiyi deyilir;

Çin texnologiya nəhəngi “Baidu” tərəfindən təqdim edilən xəritələşdirmə və naviqasiyaya əsaslanan avtonom sürücülük xidmətlərindən istifadə və məlumatların təhlükəsizliyi və məxfiliyi ilə bağlı tələb olunan tələblərə cavab vermək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu xəbərdən sonra “Tesla” səhmləri 12 faiz bahalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et