Britaniya hipersəs raketlərinin istehsalına başlayır | Banco.az

Britaniya hipersəs raketlərinin istehsalına başlayır

Müəllif:Ayşən İmanova/Banco.az

Böyük Britaniya 2030-cu ilə qədər hipersəs qanadlı raketləri hazırlamağı və ordunun istifadəsinə verməyi planlaşdırır.

Banco.az xəbər verir ki, Britaniya ordusu raketlərin 5 MAX-dan sürətlə hərəkət edə bilməsini, yeni silahların tamamilə krallığın alimləri tərəfindən hazırlanmasını və istehsal edilməsini istəyir.

“Bu kimi qabaqcıl layihələr yalnız hökumətin bu həftə müdafiə sahəsində yeniliklərə qoyduğu böyük yeni investisiya sayəsində mümkün ola bilər”, - deyə adı açıqlanmayan müdafiə mənbəsi bildirib.

Məlumata əsasən, London növbəti 7 il üçün nəzərdə tutulmuş müdafiə konsorsiumunun bir hissəsi kimi hipersəs raketlərinin hazırlanmasına 1 milyard funt sterlinq (1,24 milyard dollar) sərmayə qoymağa hazırdır. Bu silahların hazırlanması planlarının hələ ilkin mərhələdə olduğunu bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, rəsmi olaraq Böyük Britaniya Müdafiə Nazirliyi bu planları şərh etməkdən imtina edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et